"Kredit faizləri çox yüksəkdir" - Deputat şikayətləndi
Bir müddət əvvəl çox sayda bankların ləğv olunduğunu xatırladan deputat deyib ki, həmin banklarda olan əmanətlərin idarə olunması aidiyyəti fonda həvalə olunub: "Bir neçə şikayətçi seçici görüşlərdə bizə müraciət edir ki, ləğv olunan bankdan kredit alıb və bu günə qədər də öhdəliyinə götürdüyü məbləğin iki mislini də ödəyib. Amma Əmanətlərin Sığortlanması Fondu vətəndaşdan götürdüyü kredit məbləğindən artıq vəsait tələb edir.
Axı bank ləğv olunub, vətəndaş da lazım olan məbləği artıqlaması ilə ödəyib. Vətəndaş sosial dəstəyə ehtiyacı olan təbəqəyə aiddir. O, kredit götürdüyü zaman evini girov qoyur, borcu qaytara bilmədiyi üçün isə evi hərraca çıxarılaraq satılır və o, çöldə qalır. Ona görə də, təklif edirəm ki, həssas təbəqədən olan şəxslərə dəstək göstərilsin. Bu məsələ hansısa formada tənzimlənməlidir".
AzVision.az
Teqlər: