Qaz xətti keçən ərazini yandıran şəxs saxlanılıb

Qaz xətti keçən ərazini yandıran şəxs saxlanılıb
  20 Yanvar 2023    Oxunub:1077
Zərdabda qaz xətti keçən ərazini yandıran şəxs saxlanılıb.
Bu barədə AzVision.az -a DİN-in Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, bu gün sosial şəbəkələrdə bir nəfərin qaz xətti keçən kolluq ərazini qəsdən yandırmasını əks etdirən görüntülər paylaşılıb.

Araşdırmalarla görüntüdə əks olunan hadisənin Zərdab rayonu ərazisində törədildiyi müəyyən edilib.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-texniki tədbirlərlə qaz xətti keçən kolluq ərazini yandıranın rayonun Şahhüseynli kənd sakini, 23 yaşlı Emil Rəşidov olduğu müəyyən edilərək saxlanılıb.

Hazırda araşdırmalar aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti