Prokurorluq maşinistin ölməsi ilə bağlı araşdırmalara başladı

  Prokurorluq maşinistin ölməsi ilə bağlı araşdırmalara başladı
  23 Yanvar 2023    Oxunub:1209
Prokurorluq maşinistin iş başında ölməsi ilə bağlı araşdırmalara başlayıb.
AzVision.az -ın xəbərinə görə, yanvarın 22-də "Bakı Metropoliteni" QSC-də maşinist işləyən 1958-ci il təvəllüdlü Kərimli Aydın Yusif oğlu "Avtovağzal metrostansiyası"nın 98-ci piketində təsərrüfat qatarını idarə edən zaman qəfildən halı pisləşərək ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

"Bakı Metropoliteni" QSC-dən bildirilib ki, maşinist köməkçisinin dispetçerə məlumatı əsasında dərhal təcili tibbi yardım dəvət edilib: "Aidiyyəti strukturlara və maşinistin ailəsinə məlumat verilib. Metropolitenin gecə iş rejimi ilə bağlı hər hansısa problem yaşanmayıb. Hazırda məsələ ilə bağlı aidiyyəti strukturlar müvafiq iş aparır".

AzVision.az


Teqlər:





Xəbər lenti