"Kəpəz"in azarkeşini bıçaqlayan şəxs saxlanılıb

"Kəpəz"in azarkeşini bıçaqlayan şəxs saxlanılıb
  31 Yanvar 2023    Oxunub:625
Azərbaycan Premyer Liqasının XX turunda "Səbail"lə oyundan sonra bıçaqlanan Rahib adlı "Kəpəz" azarkeşi 1 saylı Kliniki Tibbi Mərkəzdə əməliyyat olunub.
Gəncə klubundan " AzVision.az -a verilən məlumata görə, hazırda onun həyatı üçün təhlükə yoxdur. Hadisəni törətməkdə şübhəli bilinən "Səbail" fanatı isə artıq saxlanılıb.

Xəstəxanada "Kəpəz"in İdarə Heyətinin sədri İlqar Nadiri, millət vəkili Müşfiq Cəfərov, idman direktoru Mehman Allahverdiyev, baş məşqçi Tərlan Əhmədov və çoxlu sayda azarkeş zərərçəkmişi tək buraxmayıblar.

AzVision.az



Teqlər:





Xəbər lenti