ABŞ-da qar fırtınası: 9 nəfər öldü

ABŞ-da qar fırtınası:    9 nəfər öldü
  03 Fevral 2023    Oxunub:814
ABŞ-da bu həftə baş verən qar fırtınası nəticəsində qeydə alınan yol qəzalarında ən azı 9 nəfər ölüb.
AzVision.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, Texas ştatında 7 nəfər, Oklahoma və Kanzas ştatlarında isə daha iki nəfər ölüb.Əlverişsiz hava şəraiti ilə əlaqədar həftənin əvvəlindən bir neçə min aviareys təxirə salınıb.

Arkanzas, Tennessi, Texas və Oklahoma ştatlarının bir sıra rayonlarında məktəblərdə dərslər ləğv edilib. Bəzi rayonlarda temperaturun mənfi 50 dərəcəyə enəcəyi gözlənilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti