Yarımstansiyadan 73 800 manatlıq oğurluq olub

Yarımstansiyadan    73 800    manatlıq oğurluq olub
  04 Fevral 2023    Oxunub:821
Bakıda yarımstansiyadan 73 800 manatlıq oğurluq edilib.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai rayonu ərazisində yerləşən yarımstansiyaların birindən 73 800 manat dəyərində elektrik avadanlığının oğurlanması barədə polisə məlumat daxil olub.

Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Dəyanət Kərimli müəyyən olunaraq saxlanılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti