İrandan Azərbaycana qanunsuz keçmək istədilər - FOTO

İrandan Azərbaycana qanunsuz keçmək istədilər -    FOTO
  04 Fevral 2023    Oxunub:1032
Fevralın 2-də saat 16:25-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Sım kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər naməlum şəxs sərhəd naryadının sayıqlığı nəticəsində saxlanılıb.
Bu barədə AzVision.az -a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, araşdırma zamanı saxlanılan şəxslərin Əfqanıstan vətəndaşları - 2003-cü il təvəllüdlü Raja Məhəmməd Qoçuməhəmməd oğlu və 2006-cı il təvəllüdlü Zahidullah Mədaxil Məhəmmədqol oğlu olmaları müəyyən edilib. Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti