Bakıda qadınlara qarşı soyğunçuluq

Bakıda qadınlara qarşı soyğunçuluq
  04 Fevral 2023    Oxunub:788
Nizami və Yasamal rayonlarında qadınlara qarşı soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində yanvarın 5-də Bakı şəhər sakini olan bir qadının içərisində pulu, bank kartları və açarları olan çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Asim Məmmədov müəyyən olunaraq saxlanılıb.

Digər bir soyğunçuluq hadisəsi isə Yasamal rayonunda baş verib. Belə ki ,Yasamal rayonu ərazisində Bakı şəhər sakini olan bir qadının içərisində 700 manatı olan çantasının soyğunçuluq yolu ilə talanması barədə 29-cu Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Zərdab rayon sakini Əşrəf Mahmudov müəyyən olunaraq saxlanılıb. Hər iki soyğunçuluq hadisəsi ilə bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti