"Bığ saxlamaq istəyirəm, yoldaşım qoymur" - Gənclər və idman naziri (VİDEO)

   "Bığ saxlamaq istəyirəm, yoldaşım qoymur" -    Gənclər və idman naziri (VİDEO)
  05 Fevral 2023    Oxunub:1376
Gənclər və idman naziri Fərid Qayıbov İctimai Televiziyanın “Şənbə Axşamı” verilişində jurnalist Eldar Rəsulovun qonağı olaraq, bir sıra maraqlı açıqlamalar səsləndirib.
Tələbəlik illərindən danışan nazir deyib ki, yaxşı oxumurdu və kəsirləri vardı, hətta buna görə təqaüdü də kəsilmişdi... Nazir bunun yaxşı hal olmadığını deyib və gənclərə dərslərinə ciddi yanaşmağı tövsiyə edib.



Bəs nazir məsul olduğu sahənin - gənclərin arasında nə dərəcədə tanınır? Bu barədə danışarkən Fərid Qayıbov maraqlı bir epizodu xatırlayıb.



Gənclərin saqqal saxlaması haqda suala cavab verərkən nazir deyib ki, buna normal yanaşır, özü də hər zaman bığ saxlamaq istəyib, amma yoldaşı icazə vermir.

“İndi saqqal çox populyardır. Bir çox gənclərimiz saqqal saxlayır. Belə bir trend varsa, niyə də yox? Mən də hər zaman bığ saxlamaq istəyirdim, amma yoldaşım icazə vermədi”.



Nazir sosial şəbəkədən aktiv şəkildə istifadə etməsindən də danışıb.

Məlum olub ki, Fərid Qayıbov verilişə telefon zəngi ilə yox, elə sosial şəbəkə vasitəsilə dəvət olunub:

“Çalışıram ki, bütün mesajlara cavab verəm, amma bəzən alınmır. Bəzən şərhlərdə yazırlar ki, inboksu niyə oxumursunuz? Amma mən bütün günü feysbukda ola bilmərəm. Yazılan mesajların çoxunun məzmunu eynidir - çox adam yazır ki, sizin komandanızda olmaq istəyirəm. Əslində, bu, məni sevindirir. Sevinirəm ki, belə aktiv gənclərimiz var”.

AzVision.az


Teqlər: Fərid-Qayıbov  





Xəbər lenti