Polisin bıçaqlanması xəbərinə DİN-dən reaksiya

Polisin bıçaqlanması xəbərinə    DİN-dən reaksiya
  14 Fevral 2023    Oxunub:1232
“Gəncə şəhərində polis əməkdaşının bıçaqlanması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir, əsassızdır”.
AzVision.az xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, Gəncə şəhərində polis nəfəri yaşadığı evdə ehtiyatsızlıqdan yıxılması nəticəsində ayağından yüngül xəsarət alıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

AzVision.az



Teqlər: Polis  





Xəbər lenti