Fransada ölümlə hədələnən nazirin təhlükəsizliyi gücləndirilib

   Fransada ölümlə hədələnən nazirin təhlükəsizliyi gücləndirilib
  16 Fevral 2023    Oxunub:924
Fransa hakimiyyəti ölkənin əmək naziri Olivye Düssonun parlamentdə müzakirə olunan pensiya islahatları fonunda aldığı təhdidlərə görə onun şəxsi müdafiəsini gücləndirməyi əmr edib.
Bu barədə “CNews” telekanalı məlumat yayıb. Qeyd edilib ki, hazırda naziri bir mühafizəçi yox, üç nəfər müşayiət edir. Son günlər sosial şəbəkələrdə Dussoya qarşı hücum və təhqir hallarına daha çox rast gəlinir. Nazir ölümlə hədələnən məktublar da almağa başlayıb.

Müxalifət partiyalarının nümayəndələri də Milli Assambleyada (parlamentin aşağı palatası) pensiya islahatı haqqında qanun layihəsinin müzakirəsi zamanı mütəmadi olaraq Düssonu tənqid edir, təhqirlərə əl atırlar.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti