Xuliqanlıqda ittiham olunan şəxs Rusiyadan ekstradisiya olundu

   Xuliqanlıqda ittiham olunan şəxs Rusiyadan ekstradisiya olundu
  16 Fevral 2023    Oxunub:695
Beynəlxalq axtarışa verilmiş şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib.
Bu barədə AzVision.az -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun ekstradisiya haqqında vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Belə ki, Azərbaycan Respublikasının vətəndaşı Rəşad Xanmuradovun Qusar rayon polis şöbəsinin icraatında olan cinayət işi üzrə bir qrup halında xuliqanlıq əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan olunub.

Rəşad Xanmuradov Rusiya Federasiyası ərazisində saxlanılaraq cari ilin fevralın 15-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə gətirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti