Hansı təzyiq beyin üçün təhlükəli deyil – Alimlər

   Hansı təzyiq beyin üçün təhlükəli deyil – Alimlər
  16 Fevral 2023    Oxunub:1189
ABŞ-ın 7 universitetinin alimləri hipertoniyanın müalicəsinin beyinə təsirini araşdırıb.
AzVision.az xəbər verir ki, təzyiqin intensiv və düzgün müalicəsi imkan verir ki, beyin qalıq toksinləri və maddələri daha yaxşı xaric etsin.

Belə ki, beyin arteriyaları hər dəfə ürək yığılıb açılanda nəbzvari vurduqda toksik maddələri beyindən çıxarır.
Yüksək təzyiq, eləcə də şəkər uzun müddət qaldıqda bu arteriyaları daha qaba edir və onların funksiyasını pozur.
Bu prosesi perivaskulyar sahənin genişlənməsində görmək olar.

Alimlər 658 nəfərin baş beyninin MRT müayinələrini analiz edib.
Bütün iştirakçılarda yüksək təzyiq müşahidə edilib.

Amma heç birində hələ demensiya və insult olmamışdı.

İlk MRT-dən sonra 243 nəfəri intensiv müalicə qrupuna daxil ediblər.

199 nəfər isə standart müalicəyə alınıb.

Tədqiqatın əvvəlində 90% iştirakçının perivaksulyar sahəsi eyni idi.
4 ildən sonra hər iki qrup yenidən MRT skan olunub.

İntensiv müalicə alan qrupda perivaskulyar sahə xeyli kiçilib, digər qrupda isə dəyişiklik olmayıb.

Nəticələr göstərib ki, təzyiqi 120-130 arasında saxladıqda beyin qalıq toksinləri daha yaxşı çıxarır, damar sahəsi genişlənmir.(Bakupost)

AzVision.az



Teqlər:





Xəbər lenti