Tanışını yumruqla öldürdü, cinayət işi açıldı
Araşdırma zamanı zərərçəkmişin üz nahiyəsinə 1993-cü il təvəllüdlü Ramil Bəşirovun yumruqla vurması nəticəsində yıxılması və hadisə yerində ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Ramil Bəşirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İbtidai istintaq tədbirləri davam etdirilir.
AzVision.az
Teqlər: