Xəstənin qarnında tənzif unudan həkimə cinayət işi açılıb

 Xəstənin qarnında tənzif unudan həkimə cinayət işi açılıb
  28 Fevral 2023    Oxunub:930
Mingəçevirdə xəstənin qarın boşluğunda tənzif unudan həkimlə bağlı cinayət işi açılıb.
Bu barədə AzVision.az -a Mingəçevir Şəhər Prokurorluğundan məlumat verilib. Qeyd olunub ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatın düzgün icra edilməməsi barədə müraciət əsasında şəhər prokurorluğuna araşdırma aparılıb.

Araşdırma zamanı həmin tibb müəssisəsinin mama-ginekoloqu Leyla Cəfərova tərəfindən Aysel Qurbanovanın üzərində həyata keçirilən cərrahi əməliyyat zamanı qarın boşluğunda tənzif unudulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir.

AzVision.az


Teqlər:





Xəbər lenti