BRAVO silahlı hücum olan marketinin fəaliyyətini müvəqqəti dayandırdı

 BRAVO silahlı hücum olan marketinin fəaliyyətini müvəqqəti dayandırdı
  04 Mart 2023    Oxunub:1977
“BRAVO” supermarketlər şəbəkəsi Xətai rayonunda yerləşən hipermarketə silahlı hücumla bağlı məlumat yayıb.
Supermarketlər şəbəkəsindən AzVision.az -a daxil olan məlumatda deyilir:

"Dərin təəssüf hissi ilə bildiririk ki, martın 4-də Xətai rayonu, Əhmədli metrostansiyası yaxınlığında yerləşən BRAVO hipermarketin girişində, müxtəlif banklara məxsus bankomatların və ödəniş terminallarının yerləşdiyi hissədə inkassasiya heyətinə silahlı hücum olub. Hadisə nəticəsində bir nəfər vəfat edib, iki nəfər yaralanıb. Baş vermiş insidentlə bağlı Baş Prokurorluq tərəfindən hadisə yerində araşdırma aparılır".

Məlumatda qeyd edilib ki, bu səbəbdən Əhmədli metro stansiyası yaxınlığında yerləşən BRAVO hipermarket müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Bildirilib ki, hipermarketin iş qrafiki barəsində əlavə məlumat veriləcək:

"BRAVO hipermarket hadisədən mənəvi sarsıntı keçirən insanların qayğısına qalır və insidentin araşdırılması ilə bağlı hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edir. Qeyd edək ki, hadisə nəticəsində Bravo müştəri və əməkdaşlarından xəsarət alan olmayıb. Qeyd olunan faktla bağlı bütün əlavə məlumatlar Baş Prokurorluğun Mətbuat Xidmətindən ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir. Hadisədə qətlə yetirilən Həsənov Rüfətin ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların isə tezliklə sağalmasını diləyirik".

AzVision.az



Teqlər:





Xəbər lenti