Oğuzda qəbiristanlıqlardakı ağacları kəsənslər müəyyənləşib

Oğuzda qəbiristanlıqlardakı ağacları kəsənslər müəyyənləşib
  06 Mart 2023    Oxunub:962
Oğuzda köhnə qəbiristanlıqlarda olan ağacları kəsən şəxslər müəyyənləşib.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib. O qeyd edib ki, rayonun Muxas kəndi ərazisində yerləşən qəbiristanlıqda ağacların kəsilməsi ilə bağlı polis şöbəsinə məlumat daxil olub.

Həmin əraziyə baxış keçirilib və təbiətə vurulan maddi ziyanın məbləğinin hesablanması məqsədilə müvafiq ekspertiza təyin edilib. İlkin araşdırma zamanı ağacların iki nəfər kənd sakini tərəfindən kəsildiyi məlum olub və hazırda araşdırmalar davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti