Məhkəmədə qadın özünü doğradı

   Məhkəmədə qadın özünü doğradı
  06 Mart 2023    Oxunub:1019
Sumqayıt Apellyasiya Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə inzibati icraat aparılan Əliyeva Günay Aqil qızı hakim Rəşadət Ağayevin qərarının qanunsuz olmasına etiraz edərək hər iki biləyini ülgüclə kəsib.
Bu haqda vəkil Elçin Sadıqov “Facebook” hesabında məlumat yayıb. O bildirib ki, hadisə bu gün baş verib: “Hələ təcili tibbi yardım gəlməyib. Məhkəmənin təcili yardım məntəqəsi bağlıdır.

Abşeron Rayon Məhkəməsi onu 1000 manat cərimə etmişdi, Rəşadət Ağayev qərarı dəyişdi və 10 sutka inzibati həbs verdi”.

AzVision.az


Teqlər:





Xəbər lenti