İranda Novruz çərşənbələri: 20-yə yaxın ölü, 1860 yaralı

   İranda Novruz çərşənbələri:    20-yə yaxın ölü, 1860 yaralı
  15 Mart 2023    Oxunub:903
Martın 14-də İranda Torpaq çərşənbəsi ilə əlaqədar hadisələr nəticəsində xəsarət alanların sayı 1480-ni ötüb.
Bunu İranın Təcili Yardım Təşkilatının sədri Cəfər Miadfər deyib. Onun sözlərinə görə, fevralın 21-dən indiyədək ölkədə xəsarət alanların sayı 1860 nəfərə çatıb. Ümumilikdə indiyədək ölkədə keçirilən Novruz çərşənbələrində 19 nəfər ölüb.

C.Miadfərin sözlərinə görə, xəsarət alanlardan 287-si xəstəxanalara yerləşdirilib, 126 nəfərin bədən üzvü amputasiya edilib, 546 nəfər gözündən əməliyyat olunub, 479 nəfər yanıq xəsarəti alıb.

İranda çərşənbə günləri ilə əlaqədar əhali tərəfindən şənlik tədbirləri keçirilir. Şənlik tədbirlərində təhlükəli pirotexniki və partlayıcı vasitələrdən istifadə olunur.

AzVision.az



Teqlər:





Xəbər lenti