Nazirlikdən deputata cavab: "Məktəb tədrisi müvəqqəti dayandırıb"

  Nazirlikdən deputata cavab:  "Məktəb tədrisi müvəqqəti dayandırıb"
  17 Mart 2023    Oxunub:990
Təəssüf edirik ki, deputat Musa Qasımlı Yardımlı rayonu Solqard ibtidai məktəbi barədə qeyri-düzgün və dəqiqləşdirilməmiş məlumatlara istinad edərək yalnış təəssürat yaradıb.
AzVision.azxəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin yaydığı bəyanatda məlumat verilib.

Qeyd edilir ki, sözügedən məktəb 1998-ci ildən fəaliyyətə başlayıb və 2014-cü ildə yerli icra hakimiyyətinin sifarişi ilə podratçı təşkilat "Reyhan MMC" tərəfindən yenidən inşa edilib. 80 şagird yerlik məktəbdə 14 sinif otağı mövcuddur. Məktəbin fəaliyyət göstərdiyi illərdə burada illər üzrə 4- 5 şagird təhsil alıb.

Məktəbdə şagird olmadığı üçün ötən tədris ilində fəaliyyətini müvəqqəti dayandırıb.
AzVision.az



Teqlər:





Xəbər lenti