Maşın nömrəsini oğurlayıb pul istədi

Maşın nömrəsini oğurlayıb pul istədi
  22 Mart 2023    Oxunub:1052
Fevral ayının 25-dən 28-dək olan müddətdə paytaxt ərazisində naməlum şəxsin Ş.Rəhimova məxsus “Mercedes” markalı avtomobilin qeydiyyat nişanını oğurlayaraq geri qaytarmaq müqabilində 1000 manat pul tələb etməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Məmmədov müəyyən edilərək saxlanılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti