Narkotikin başlanğıcı sənin sonundur! - VİDEO

Narkotikin başlanğıcı sənin sonundur! -    VİDEO
  24 Mart 2023    Oxunub:1656
Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan narkomaniyaya və QİÇS-in yayılmasına qarşı uğurlu siyasəti dəstəkləmək məqsədilə yaradılan “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Narkotikin başlanğıcı sənin sonundur!” adlı maarifləndirici çarx çəkilib.
Sosial çarxın əsas məqsədi ölkə əhalisini, xüsusilə müstəqil həyata yeni başlayan gəncləri narkomaniya, narkotik vasitələrin qanunsuz dövriyyəsi və s. barədə maarifləndirməklə, onların vətənpərvər və sağlam ruhda böyümələrinə yardımçı olmaqdır.

Layihənin davamı olaraq, Bakı şəhərindəki 229 nömrəli, Sumqayıt şəhərindəki 23 nömrəli və Abşeron rayonunun Xırdalan şəhərindəki 5 nömrəli tam orta məktəblərdə narkomaniya və onun fəsadları barədə maarifləndirici tədbirlər keçirilmiş, çəkilən sosial çarxın təqdimatı olub.

Tədbirlərdə “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin direktoru Nihad Hüseynli, “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyinin direktoru Şahin Hüseynov, Azərbaycan Dillər Universitetinin Psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Ceyhun Alıyev, məktəblərin rəhbərliyi və müəllimlər çıxışlar ediblər.

Tədbirlərdə bu bəlanın yayılmaması üçün narkotik və psixotrop maddələrdən istifadənin mənfi təsirləri barədə hər kəsin, əsasən də valideynlərin və müəllimlərin yeniyetmə və gənclər arasında maarifləndirmə işinin daha ciddi aparılması vurğulanıb.




AzVision.az


Teqlər:





Xəbər lenti