Şabranda qatarla traktor toqquşdu, ölən var

   Şabranda qatarla traktor toqquşdu,    ölən var
  25 Mart 2023    Oxunub:1285
Şabranda qatarla traktor toqquşub.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu gün saat 9:30 radələrində Şabran rayonu Uzunboyad kəndi ərazisində qatarla traktorun toqquşması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, ilkin məlumata görə toqquşma nəticəsində traktor 1978-ci il təvəllüdlü Nemət İsgəndərovun üzərinə aşıb. O, hadisə yerində ölüb.

Araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti