Bayram günlərində yol qəzalarında 10 nəfər öldü

   Bayram günlərində yol qəzalarında 10 nəfər öldü
  27 Mart 2023    Oxunub:926
Novruz tətili günlərində Azərbaycanda yol qəzalarında 10 nəfər ölüb.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib. O qeyd edib ki, martın 19-26-da avtomobil yollarında ölümlə nəticələnən 10 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 10 nəfər ölüb.

"Yol-nəqliyyat hadisələrinin növünə gəldikdə isə 4-ü piyadavurma, 3-ü maneəvurma və 3-ü aşmadır", - DYP rəsmisi vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti