Fazil Mustafanın son durumu açıqlandı

   Fazil Mustafanın son durumu açıqlandı
  30 Mart 2023    Oxunub:782
“Fazil müəllim bu gün daha yaxşıdır. Artıq hər şey geridə qaldı, günbəgün vəziyyəti daha da yaxşı olacaq”.
AzVision.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında martın 28-də yaşadığı evin qarşısında sui-qəsd cəhdinə məruz qalan Milli Məclisin deputatı Fazil Mustafanın qardaşı İlqar Mustafayev deyib.

O bildirib ki, qardaşının müalicəsi həkimlərin nəzarətində davam edir:

“Həkimlər vəziyyətinin günbəgün daha da yaxşı olduğunu deyirlər. Artıq reabilitasiya prosesi gedir. Ona sakitlik lazımdır. Şükür olsun ki, həyati təhlükəsiz yoxdur. Həkimlərin dediklərinə görə, növbəti əməliyyatlara ehtiyac olmayacaq”.

AzVision.az


Teqlər:





Xəbər lenti