ABŞ səfiri yol qəzasında yaralandı

   ABŞ səfiri yol qəzasında yaralandı
  30 Mart 2023    Oxunub:958
ABŞ-ın Sudandakı səfiri Con Qodfri və diplomatik missiyanın daha iki əməkdaşı Xartumda baş verən qəzada yaralanıb.
Bu barədə Amerika diplomatik missiyasının tvitterdə dərc olunmuş bəyanatında deyilir.

"Biz təsdiq edə bilərik ki, səfir Qodfri və səfirliyin digər iki əməkdaşı bu gün Xartumda avtomobil qəzasına düşüb. Onlar yerli tibb müəssisələrindən birinə yerləşdiriliblər. Səfir Qodfri artıq xəstəxanadan buraxılıb. Hazırda evdədir.O, həmkarları ilə birlikdə yüngül xəsarətlər alıb"-məlumatda vurğulanıb.

Səfirlik hadisənin digər təfərrüatlarını açıqlamayıb. Yerli hakimiyyət orqanları hələlik hadisə ilə bağlı açıqlama verməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti