“Fitch” Azərbaycanın yeni reytinqini təsdiqləyib

   “Fitch” Azərbaycanın yeni reytinqini təsdiqləyib
  01 Aprel 2023    Oxunub:945
“Fitch Ratings” beynəlxalq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini (EDR) müsbət proqnozla “BB+” səviyyəsində təsdiqləyib.
Reytinq Azərbaycanın çox güclü xarici balansı, müvafiq ölkələr qrupunda ən aşağı dövlət borcu və suveren fond aktivlərindən maliyyələşmə çevikliyi ilə dəstəklənir. Bildirilib ki, Azərbaycanın strateji valyuta ehtiyatları 2022-ci ildə 5,9 milyard ABŞ dolları artaraq, 58 milyard dollara çatıb. Fitch Azərbaycanın suveren aktivlər üzrə xalis mövqeyinin 2023-2024-cü illərdə 10,9 faiz bənd artaraq, ÜDM-in 68,7 faizinə çatacağını proqnozlaşdırır ki, bu da reytinq qrupunda ən yüksək göstəricidir.

Bundan başqa 2022-ci ildə Azərbaycanda qeyri-neft ÜDM-in artımı 9,1% təşkil edib, neft hasilatının 5,6% azalması nəticəsində neft ÜDM-i isə 2,7% azalıb ki, bu da qaz hasilatının 7,3% artması ilə qismən kompensasiya edilib.

Bununla yanaşı, agentlik 2023-2024-cü illərdə Azərbaycanın ÜDM artımını ildə orta hesabla 2,1% proqnozlaşdırır. 2022-ci ildə ümumi dövlət büdcəsinin profisiti gəlirlərdəki 27% artım fonunda 2 faiz bəndi artaraq 6%-ə çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti