Azərbaycana 37 kq-dan çox narkotik keçirmək istədilər
Aprel ayının 9-da saat 02:20-də DSX-nin “Göytəpə” sərhəd dəstəsinin və Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat tədbiri nəticəsində dövlət sərhədindən narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan və 77-EX-379 dövlət qeydiyyat nişanlı “Prius” markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən Sumqayıt şəhər sakinləri 1982-ci il təvəllüdlü Əsgərxanov Çoşqun Mehrac oğlu və 1997-ci il təvəllüdlü Şahbazlı Murad Elçin oğlu saxlanılıblar.
Avtomobilə baxış zamanı ümumi çəkisi 22 kiloqram 570 qram narkotik vasitə aşkar olunub. Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
AzVision.az
Teqlər: