Bu il 20 minə yaxın şəxs Narkoloji Mərkəzə yönləndirilib

   Bu il 20 minə yaxın şəxs Narkoloji Mərkəzə yönləndirilib
  15 Aprel 2023    Oxunub:2239
Bu ilin ilk 3 ayı ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 19832 nəfər yönləndirilib.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının rüblük hesabatında qeyd olunub.

Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 581 nəfərindən 347-nin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti