"Qazaxıstanın müttəfiq dövlətlərə qoşulmaq planı yoxdur" - Tokayevin mətbuat katibi

   "Qazaxıstanın müttəfiq dövlətlərə qoşulmaq planı yoxdur" - Tokayevin mətbuat katibi
  26 May 2023    Oxunub:1669
Qazaxıstan heç bir ittifaq dövləti yaratmaq və ya onlara qoşulmaq niyyətində deyil və planlaşdırmır. Bu barədə Qazaxıstan prezidentinin mətbuat katibi Ruslan Jeldibay bildirib.
Onun sözlərinə görə, həqiqətən də bu gün Avrasiya İqtisadi Birliyinin iki üzvü - Rusiya və Belarus yaxınlaşmanın daha yüksək və daha sıx səviyyəsini nümayiş etdirir.

"Bu, unikal presedentdir. Dövlət başçısının qeyd etdiyi kimi, əslində söhbət bir xalqdan və dövlətdən gedir. Və bu baxımdan, tamamilə fərqli məqsədlərə malik iki inteqrasiya layihəsi çərçivəsində təşəbbüsləri ayırmaq çox vacibdir", - o deyib.
Prezident Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edib - VİDEO + YENİLƏNİB-2


Jeldibay qeyd edib ki, Kasım-Jomart Tokayevin əsas mesajı ondan ibarətdir ki, Avrasiya İqtisadi Birliyi daxilində inteqrasiya yalnız iqtisadi yolda gedə bilər və getməlidir.

"Onun çərçivəsindən kənara çıxmaq təşkilatın nizamnamə sənədlərinin məqsəd, prinsip və vəzifələrini pozur. Prezidentin də vurğuladığı kimi, iqtisadi inteqrasiya özlüyündə məqsəd deyil, iqtisadiyyatları inkişaf etdirmək, xalqlarımızın rifahını yaxşılaşdırmaq vasitələrindən biridir. Yəni, assosiasiya çərçivəsində qəbul edilən istənilən qərar hər bir fərdi iştirakçı və ilk növbədə bütün Avrasiya İqtisadi Birliyi dövlətlərinin vətəndaşları üçün nəticə verməlidir”, - Tokayevin mətbuat katibi vurğulayıb.

Mayın 25-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Moskvada Ali Avrasiya İqtisadi Şurasının plenar iclasında iştirak edib. O, Avrasiya İqtisadi İttifaqı çərçivəsində müxtəlif səviyyəli inteqrasiyanın mövcud olduğunu bəyan edərək, Rusiya və Belarusun ittifaq dövlətinin birlikdə olmasına diqqət çəkib.

Avrasiya İqtisadi İttifaqı 2015-ci il yanvarın 1-dən fəaliyyət göstərən beynəlxalq inteqrasiya iqtisadi birliyidir. Birliyin üzvləri Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır. Moldova 2018-ci ilin may ayından Aİİ-də müşahidəçi statusundadır. 2020-ci ildə Aİİ ölkələri liderlərinin görüşündə Kubanın inteqrasiya birliyinə də müşahidəçi statusunun verilməsi qərara alınıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   AliAvrasiyaİqtisadiŞurası  





Xəbər lenti