İçərişəhərdə söyüş söydüyü üçün cəzalandırıldı

İçərişəhərdə söyüş söydüyü üçün cəzalandırıldı
  12 Avqust 2023    Oxunub:1346
İçərişəhərdə bir nəfərin ictimai qaydanı pozaraq yüksək səslə söyüş söydüyü bildirilir
AzVision.az xəbər verir ki, ittihama əsasən, 52 yaşlı H.Rəhimov hər kəsin eşidəcəyi şəkildə nalayiq ifadələr işlədib, ətrafdakı insanların reaksiyasına baxmayaraq, səsini alçaltmayıb.

O, əməlinə görə polis əməkdaşı tərəfindən şöbəyə dəvət olunarkən tabesizlik göstərib, ictimai qaydanı pozmağa davam edib. H.Rəhimov barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə qəsdən tabesizlik göstərmə) maddəsi ilə protokol tərtib olunub.

Səbail Rayon Məhkəməsinin qərarı ilə ona 200 manat cərimə kəsilib.

AzVision.az



Teqlər:





Xəbər lenti