Gənclər zibilli gələcəyə qarşı – FOTOLAR
Avqustun 12-də Dənizkənarı Milli Parkda keçirilən festivalın baş tutmasında əsas məqsəd gənclərin iştirakı ilə ətraf mühitin tullantılardan təmizlənməsi, gənclər arasında təbiətin və ekosistemin qorunmasının təbliği və təşviqidir.
Layinə çərçivəsində 26 tələbə və gənclər təşkilatlarının 2000-dən artıq üzvünün iştirakı ilə 15.000-dən çox plastik butulka yığılıb. Festival zamanı tələbələr arasında ətraf mühitin təmiz saxlanılması ilə əlaqədar məlumatlılığın artırılması məqsədilə gənclər “Dayanıqlı Dünyaya Doğru” devizi altında təmizlik prosesinə cəlb olunaraq, toplanmış plastik materiallardan müxtəlif əşyalar və irihəcmli qala hazırlayıblar.
Qeyd edək ki, bu il Beynəlxalq Gənclər günü “Gənclər üçün ekoloji bacarıqlar: Dayanıqlı Dünyaya Doğru” şüarı altında qeyd olunur.