Mediasiya Şurasının 3 aylıq hesabatı – SƏNƏD
Təqdim edilən hesabat əvvəlkilərlə müqayisədə daha da təkmilləşdirilərək, hər bir təşkilat üzrə xitam verilən və mediasiyadan imtina edilən işlərin, ilkin mediasiya sessiyasında (İMS) bir tərəfin iştirak etmədiyi işlərin və tam mediasiya sessiyasına (TMS) keçilməyən işlərin sayı dəqiq statistikalar üzrə göstərilib. Sənəd qanunvericiliyin və Mediasiya Şurasının nizamnaməsinin tələblərinə uyğun olaraq, beynəlxalq ekspertlərin rəyləri nəzərə alınaraq mediasiya təşkilatları tərəfindən təqdim edilmiş hesabat əsasında hazırlanıb.
Mediasiya Şurası 2023-cü ilin may, iyun və iyul ayları üzrə hesabatı ictimai rəyə təqdim etməklə bərabər, vətəndaşlara müraciət edərək, mediasiya xidmətlərinin keyfiyyəti, eyni zamanda, narazı qaldıqları mediasiya təşkilatları və mediatorlar barədə Mediasiya Şurasına rəsmi müraciət etmələrini xahiş edilir. Əgər vətəndaşlar hər hansı mediasiya təşkilatı və ya mediatorun göstərdiyi xidmətlər razı qalmayıbsa, bu barədə [email protected] və yaxud [email protected] elektron poçtuna narazı qaldıqları işin xüsusatları, mediasiya təşkilatının və mediatorun adını göstərməklə yaza bilərlər. Vətəndaş müraciətlərinin məxfiliyinə və qanunvericilikdə nəzərdə tutulan mediasiya məxfiliyinin qorunmasına zəmanət verilir. Vətəndaşlarla əks əlaqəni çevik təmin etmək üçün mobil əlaqə nömrələrini qeyd olunması da xahiş edilir.
Teqlər: Mediasiya