Direktor olmaq üçün səkkiz min manat verdi, aldadıldı
Hadisə Gəncədə baş verdiyindən Musanın şikayəti ilə Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq-xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə iş açılıb. İş daha sonra baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilib.
Məhkəmədə Nəsimi Musadan aldığı pulların hamısını artıq qaytardığını və barışdıqlarını bildirib.
Məhkəmənin 13 oktyabr tarixli hökmü ilə Nəsimi Zeynalova 1 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə elektron nəzarət cihazı yerləşdirilib. Bununla yanaşı, N.Zeynalovun üzərinə bir sıra inzibati vəzifələr qoyulub.(Qafqazinfo)
AzVision.az
Teqlər: Direktor