Zakir Həsənov İordaniya Haşimilər Krallığının Kralı ilə görüşüb

   Zakir Həsənov İordaniya Haşimilər Krallığının Kralı ilə görüşüb
  14 Aprel 2024    Oxunub:761
İordaniya Haşimilər Krallığında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İordaniya Haşimilər Krallığının Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn ilə görüşüb.
Bu barədə AzVision.az -a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin salamlarını çatdırıb.

Görüşdə İordaniya ilə bir çox sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın vacibliyi vurğulanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti