Bayramda təcili yardıma 10 mindən çox müraciət daxil olub

Bayramda təcili yardıma 10 mindən çox müraciət daxil olub
  15 Aprel 2024    Oxunub:742
Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
TƏBİB-dən AzVision.az -a verilən xəbərə görə, təcili tibbi yardım xidmətinə 10.04.2024-14.04.2024-cü il tarixində 10 669 ümumi çağırış olub, onlardan 1 129-u hospitalizasiya edilib.

Çağırışların sayı ən çox 10.04.2024-cü il (ümumi çağırış sayı 2 154, hospital olunanların sayı 244 olmaqla), 14.04.2024-cü il (çağırış sayı 2 211, hospital olunanların sayı 234 olmaqla) qeydə alınıb.

Çağırış səbəbləri, əsasən, yüksək arterial təzyiq, kardioloji problemlər, müxtəlif növ travmalar, dispeptik əlamətlər, mövsümi respirator virus infeksiyaları və s. ilə bağlı olub.

AzVision.az



Teqlər:





Xəbər lenti