"Çingiz müəllim dedi ki, ya mənə göz dəyib, ya da ermənilər edib" |
"Özü ilə danışmışam. Əhvalı da yaxşıdır. Günü-gündən yaxşılaşır. Yaxın günlərdə evə buraxılacaq. Gələn həftə isə işə çıxacaq".
Qeyd edək ki, ötən həftə Çingiz Abdullayev Mərkəzi Gömrük Xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilmişdi. Yazıçının zəhərləndiyinə görə xəstəxanaya aparıldığı, sonra evə buraxıldığı, daha sonra isə halının yenidən pisləşdiyi bildirilirdi.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, araşdırmalar nəticəsində müəyyən olunub ki, Xalq yazıçısının səhhətində yaranan problem qida qəbulu ilə əlaqəli deyil.
Şahanə Rəhimli
AzVision.az