Doktoranturaya sənəd qəbulu başlanılır

Doktoranturaya sənəd qəbulu başlanılır
  16 Aprel 2024    Oxunub:587
Bu gün saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılır.
AzVision.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Portal.edu.az vasitəsilə Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuş ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara doktorantura üzrə qəbul olmaq istəyənlər “Şəxsi kabinet” vasitəsilə elektron formada müraciət edib, cari status və növbəti addımları izləyə biliblər. Müraciətlərinə müəssisələr tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanında iştirak hüququ qazanacaqlar.

Müraciətlərin elektron formada həyata keçirilməsi tələbələrə təhsil haqqını müəssisəyə getmədən ödəmək, imtahan nəticələri və digər yeniliklər barədə məlumat əldə etmək imkanı da yaradır.

Qeyd edək ki, sənəd qəbulu prosesi mayın 15-də saat 18:00-da başa çatacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti