Kemeron İsrailə gedir

   Kemeron İsrailə gedir
  16 Aprel 2024    Oxunub:677
Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun bu gün İsrailə səfəri gözlənilir.
AzVision.az xəbər verir ki, o, Baş nazir Benyamin Netanyahu, həmkarı İsrael Kats və hərbi kabinetin nümayəndəsi Beni Qantsla görüşəcək.

İngilis nazirin habelə Ramallah şəhərində Fələstin hökumətinin yüksəkvəzifəli nümayəndələri ilə görüşü nəzərdə tutulur.

Kemeron səfər çərçivəsində Qəzza zolağına daha çox humanitar yardım təminatı və Aşdod limanının açılması zərurətinə, humanitar qruplara qarşı zorakılığın qarşısının alınması məsələsinə toxunacaq. Eyni zamanda, İranın İsrailə hücumu, əsirlərin azadlığa buraxılması və İsrail-Livan sərhədində artan gərginliklə bağlı müzakirələr aparacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər: Britaniya   İsrail   nazir   səfər  





Xəbər lenti