İlham Əliyev: Azərbaycan Belarusla etibarlı tərəfdaşlığı yüksək qiymətləndirir

      İlham Əliyev:   Azərbaycan Belarusla etibarlı tərəfdaşlığı yüksək qiymətləndirir
  16 May 2024    Oxunub:894
Azərbaycan Belarusla etibarlı tərəfdaşlığı yüksək qiymətləndirir.
AzVision.az BELTA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşü zamanı deyib. İlham Əliyev deyib ki, liderlər arasında ikitərəfli gündəliklə yanaşı, regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparılıb.

"Biz ölkələrimiz arasında qarşılıqlı hörmət, dostluq və əməkdaşlığa əsaslanan etimadlı, yaradıcı tərəfdaşlığı yüksək qiymətləndiririk. Münasibətlər zamanla sınaqdan keçirilib. Hesab edirəm ki, Belarusla Azərbaycanın iki etibarlı dost olduğuna heç kim şübhə etmir".

Belarusla Azərbaycan arasında gələcək qarşılıqlı fəaliyyətin perspektivlərindən danışan İlham Əliyev əməkdaşlığın inkişafı, o cümlədən ticarət dövriyyəsinin artırılması, sənaye əməkdaşlığının davam etdirilməsi və genişləndirilməsi üçün böyük potensial gördüyünü vurğulayıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti