Bu il 55 minə yaxın əcnəbi Azərbaycanda yaşamaq üçün müraciət edib

Bu il 55 minə yaxın əcnəbi Azərbaycanda yaşamaq üçün müraciət edib
  18 Oktyabr 2024    Oxunub:971
Ötən 9 ayda Dövlət Miqrasiya Xidmətinə (DMX) əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddətlərinin uzadılması) ilə bağlı 54 min 929 müraciəti daxil olub.
Bu barədə AzVision.az -a DMX-dən məlumat verilib. Qeyd edilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı quruma 296 min 7 müraciət edilib.

Şəxslərin vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müraciətlərinin sayı isə 12 min 41 olub.

AzVision.az


Teqlər:





Xəbər lenti