“Apple Pay” və “Google Pay” ödəniş üsulları ilk dəfə olaraq “Azercell” tətbiqində!
“Apple Pay” və “Google Pay”ın “Azercell” mobil tətbiqinə inteqrasiyası ödənişləri biometrik autentifikasiya və ya xüsusi ödəniş funksiyası vasitəsilə saniyələr ərzində həyata keçirməyə imkan verir.
Eyni zamanda, yeni ödəniş üsulu istifadəçi məlumatlarını qorumaq və əngəlsiz əməliyyat prosesini təmin etmək üçün qabaqcıl tokenizasiya texnologiyalarından (istifadəçilərin kart məlumatlarının şifrələnməsi) istifadə edərək əməliyyat təhlükəsizliyini də yüksək səviyyədə təmin edir. Əlavə məlumat üçün: https://www.azercell.com/az/
AzVision.az
Teqlər: