WSJ: “Trampın Zelenski ilə çətinliyi var”

“Keçən həftə açıqlanan sülh sazişinin çərçivəsi münaqişəni indiki formada dondurmaq müqabilində Rusiyaya Ukrayna ilə son on ildə apardığı müharibədə ələ keçirdiyi ərazilərin böyük hissəsini saxlamağa imkan verəcək. ABŞ 2014-cü ildə Rusiyanın Krımı ilhaqını qanuni şəkildə tanıyacaq və Ukrayna NATO-ya qoşulmaq istəyindən əl çəkməli olacaq”, - qəetdə dərc edilən məqalədə deyilir.
Qeyd edək ki, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Donald Tramp ABŞ üçün Rusiya ilə müqayisədə Ukrayna ilə danışıqlar aparmağın daha çətin olduğunun bildirib.
- Düşünürəm ki, Rusiya hazırdır. Düşünürəm ki, Rusiya ilə anlaşmamız var. Zelenski ilə razılığa gəlməliyik. Zelenski ilə daha asan olacağını düşünürdüm. Hazırda bu, bir az daha çətindir, amma hər şey qaydasındadır”, - ABŞ prezidenti vurğulayıb.
“CNN” telekanalı, öz növbəsində, adının açıqlanmasını istəməyən avropalı məmudra istinadən xəbər verir ki, ABŞ Tramp administrasiyasının ilk 100 günü ərzində Rusiya ilə Ukrayna arasında sülh razılaşmasına nail olmağa cəhd göstərir.
“Hazırda qərara alınan çox şey var, lakin bir şey aydındır: ABŞ 100 gün ərzində razılaşmanın bağlanmasına çalışır”, - telekanalı avropalı rəsmidən sitat gətirir.
ABŞ-nin müharibəyə son qoymaq təklifi Rusiyanın Krım üzərində nəzarətinin tanınmasını ehtiva edir. Lakin Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin buna razı olamyacağını dəfələrlə vurğulayıb.
Xatırladaq ki, Donal Trampın ikinci prezidentlik dövrünün 100-cü günü aprelin 30-na təsadüf edir.
Sahil İsgəndərov
AzVision.az