Talkovun qatilinə qiyabi iş kəsildi - VİDEO

"Məhkəmə Valeri Petroviç Şlyafmanı cəzalandırdı və onu bir sıra cinayətlərə görə ümumi rejimli cəzaçəkmə müəssisəsində 13 il müddətinə azadlıqdan məhrum etdi", - Petroqradski Rayon Məhkəməsinin hakimi hökmü elan edib.
Müəyyən edilib ki, “Yubileynıy” İdman Sarayının pərdə arxasında yaranan münaqişə zamanı Şlyafman Talkovu güllələyib və onu ölümcül yaralayıb. Şlyafman İsrailə qaçıb və 1992-ci ildə qəsdən adam öldürmədə qiyabi ittiham olunub. 2021-ci ildə iş yenidən qaldırılandan sonra müstəntiqlər cinayətin qəsdən törədildiyi qənaətinə gəliblər.
Tural Tağıyev
AzVision.az
Teqlər: Qətl