Qazaxıstan ABŞ-yə görə Rusiyadan keçməyəcək

Qazaxıstan ABŞ-yə görə Rusiyadan keçməyəcək
  24 Aprel 2025    Oxunub:305
Qazaxıstan ABŞ ilə münasibətlər naminə Rusiya ilə dostluğunu qurban vermir.
xəbər verir ki, Qazaxıstanın Milli Bnakının rəhbəri Timur Suleymanov belə açıqlama səsləndirib.

“Başqa dostların hesabına digərləri ilə dostluq ola bilməz. Biz çoxşaxəli ölkəyik, belə olmalıyıq. Lakin biz heç vaxt müttəfiqlərimizi və Avrasiya İqtisadi İqtisadi (Aİİ) çərçivəsində öhdəliklərimizi unutmayacağıq”, - Timur Süleymanov Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının rəhbər orqanlarının Vaşinqtonda keçirilən yaz iclasları çərçivəsində Rusiya mediasına bildirib.

Qazaxıstanın Rusiya ilə əlaqələri hesabına ABŞ ilə münasibətlərini gücləndirib-gücləndirmədiyi barədə sualın cavabında o, prinsipcə, ümumbəşəri dostluğun olacağını ümid etdiyini vurğulayıb. Onun fikrincə, əgər danışıqlar eyni tempdə və istiqamətdə davam edərsə, yəqin ki, belə düşünmək üçün əsaslar var.

Sahil İsgəndərov


Teqlər: Qazaxıstan   Rusiya   ABŞ  





Xəbər lenti