Bu il tədbirdə 420-dən çox nümayəndə, o cümlədən kosmik agentliklərin rəhbərləri, dövlət qurumlarının nümayəndələri, özəl sektor təmsilçiləri və beynəlxalq ekspertlər bir araya gəlib. İki gün ərzində 200-dən artıq ikitərəfli görüş, 50 spikerin çıxışı, 21 sərgi və 8 müxrəlif sessiya vasitəsi ilə iştirakçılar kosmos sahəsində bilik, təcrübə və trendləri paylaşacaq.
Tədbirin açılış nitqində Azərkosmos İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Dunay Bədirxanov deyib: "STC2025 sadəcə bir konfrans deyil, bu, dialoqun hərəkətə keçdiyi, tərəfdaşlıqların formalaşdığı və kosmosun gələcəyinin birgə dizayn olunduğu bir platformadır"
STC2025 Azərbaycanı regionda kosmik texnologiyalar sahəsində bilik mübadiləsinin və strateji tərəfdaşlıqların mərkəzinə çevirərək ölkəmizin bu sahədə artan rolunu bir daha nümayiş etdirir.
Tədbirin açılışında kosmosun sadəcə bir vasitə deyil, elmi siyasətlə, sənayeni innovasiya ilə, qlobal baxışı isə yerli fəaliyyət arasında bir körpü olduğu vurğulanıb. Bakının artıq kosmik tədbirlərin mərkəzi olaraq - 2023-cü ildə Beynəlxalq Astronavtika, COP29 çərçivəsində Kosmik Liderlərin Sammiti, STC kimi regional tədbirlər sayəsində beynəlxalq görüşlərin, tərəfdaşlıqların, ortaq strategiyaların qurulduğu məkana çevrilib.
AzVision.az