Ukrayna monastırda 200 əsgər itirib

Ukrayna monastırda 200 əsgər itirib
  22 Aprel 2025    Oxunub:425
Rusiya ordusunun “Sever” qrupunun Kursk vilayətinin Qornal şəhərindəki monastırı azad etməsi əməliyyatı bir həftədən çox davam edib.
Bu barədə TASS məlumat yayıb. Nəşr Rusiya təhlükəsizlik orqanlarına istinad edib. Məlumata görə, döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələrinin ümumi itkiləri 200 nəfəri keçib.

"Sever"in əsgərləri ilə aparılan gərgin döyüşlərdə Ukraynanın keçmiş məhbuslardan ibarət olan 129-cu əlahiddə ərazi müdafiə briqadası, 80-ci və 95-ci briqadaların desantçıları, habelə Ukrayna Silahlı Qüvvələrinin xüsusi təyinatlı qüvvələri (SSO) iştirak edib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti