Qəzza üzrə yeni sülh planı

   Qəzza üzrə yeni sülh planı
  22 Aprel 2025    Oxunub:367
İsraillə HƏMAS arasında danışıqlarda vasitəçilik edən Misir və Qətər Qəzza zolağında münaqişənin həlli üçün yeni təklif irəli sürüblər.
AzVision.az Böyük Britaniyanın “BBC” telekorporasiyasına istinadən xəbə verir ki, təşəbbüs “beş ildən yeddi il müddətinə atəşkəs, müharibəyə rəsmi son qoyulması, İsrail ordusunun Qəzzadan tamamilə çıxarılması və İsrail həbsxanalarında saxlanılan fələstinli məhbusların müqabilində bütün israilli girovların azad edilməsi” şərtlərini nəzərdə tutur.

“İsrail nümayəndə heyəti vasitəçilər ilə danışıqlar aparmaq və HƏMAS ilə danışıqlarda irəliləyişə nail olmaq üçün bazar günü axşam Qahirəyə gəlib. Nümayəndə heyəti ötən gün Misirin yüksək rütbəli rəsmiləri ilə görüşüb”, - Qətərin “Əl-Ərəbi Əl-Cədid” qəzeti yazır.

Xatırladaq ki, keçən həftə HƏMAS İsrailin müvəqqəti atəşkəs təklifini rədd edib. Lakin müharibənin tam dayandırılmasını ehtiva edən daha geniş sazişi nəzərdən keçirməyə hazır olduğunu bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Qəzza   plan  





Xəbər lenti