Rusiya Zaporojye şəhərinə zərbələr endirib - VİDEO

   Rusiya Zaporojye şəhərinə zərbələr endirib    - VİDEO
  22 Aprel 2025    Oxunub:307
Zaporojye vilayətinin hərbi administrasiyasının (VHA) rəhbəri İvan Fyodorov Rusiya qoşunlarının Zaporojye şəhərinə hücum etdiyini bildirib. Hücumun təfərrüatları hələlik dəqiqləşdirilməyib.
AzVision.az xəbər verir ki, İvan Fyodorov pilotsuz təyyarələrin və idarə olunan aviasiya bombalarının (KAB) təhlükəsi ilə əlaqədar şəhərdə hava hücumu xəbərdarlığının elan ediliyini hava hücumundan müdafiə (HHM) sistemlərinin işə salındığını açıqlayıb.

Yerli hakimiyyət ilkin olaraq iki nəfərin yaralandığını bildirib. Daha sonra VHA-nın rəhbəri bir yerli sakinin öldüyünü söyləyib.

“69 yaşlı qadın ağır yaralanıb. Həkimlər onu xilas etməyə etməyə çalışsalar da, buna müvəffəq ola bilməyiblər”, - İvan Fyodorov deyib.

BMT “Pasxa atəşkəsi”nə münasibət bildirib
Zərbələr nəticəsində həmçinin iki uşaq da yaralanıb: 14 yaşlı oğlanın vəziyyəti ağır, dörd yaşlı uşağın vəziyyəti isə orta-ağırdır. Qurbanların ümumi sayı açıqlanmır. Foto və videolara görə, bir neçə çoxmərtəbəli binalara və yaşayış binalarına ziyan dəyib. Şəhərin rayonlarından birində yanğın baş verib.

Xatırladaq ki, aprelin 19-da Rusiya prezidenti Vladimir Putin gözlənilmədən birtərəfli qaydada 30 saatlıq “Pasxa atəşkəsi” elan etmişdi. Lakin Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın atəşkəs barədə elanına rəğmən, aprelin 20-də cəbhənin bir sıra bölgələrində döyüşlərin davam etdiyini və Rusiyanın atəşi dayandırmadığını açıqlayıb.

Bununla belə, BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik qurumuna rəhbərliyinin “BMT qətnamələrinə, beynəlxalq hüquqa və Ukraynanın ərazi bütövlüyünə hörmət” əsasında müharibəni dayandırmağa çağırdığını açıqlayıb.



Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Zaporojye   zərbələr  





Xəbər lenti