Mehmet Aktaş: Türkiyədə 2023- cü ildən 456 851 qanunsuz miqrant saxlanılıb

      Mehmet Aktaş:    Türkiyədə 2023- cü ildən 456 851 qanunsuz miqrant saxlanılıb
  24 Aprel 2025    Oxunub:393
Türkiyədə 2023- cü ildən aparılan işlər nəticəsində ümumilikdə 456 851 qanunsuz miqrant saxlanılıb.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər nazirinin müavini Mehmet Aktaş Bakıda “Almatı prosesi”nin III Nazirlər Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən 118 552 miqrant dənizlərdə ölümdən xilas edilib: "691 542 nəfər yaşamaq hüququnun müddəti bitdiyi üçün ölkəni tərk edib. Lakin 261 701 qanunsuz miqrant isə Türkiyədən xaric edilib".

Nazir müavini bildirib ki, Türkiyədə tətbiq edilən "Mobil İmmiqrasiya Məntəqələri" miqrasiya sahəsində dünyada ilkdir: "Bununla şəxsiyyət vəsiqəsini təqdim edə bilməyən əcnəbilər lazımi yoxlamalar üçün Mobil İmmiqrasiya Məntəqələri adlanan avtomobillərə dəvət edilir və burada İmmiqrasiya İdarəsinin əməkdaşları tərəfindən Göç-Net verilənlər bazası vasitəsilə biometrik məlumatlarla yoxlanılır".

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti